AZ

İran internetə qoşulan cihazlardan istifadəni qadağan edir [

İran

b]İranın Kibertəhlükəsizlik Komandanlığı hökumət rəsmilərinə və təhlükəsizlik qruplarına internet və ya telekommunikasiya şəbəkələrinə qoşulmuş cihazlardan istifadəni qadağan edib.

Reyting.az[/b] xəbər verir ki, qərar bu gün İran İnqilab Keşikçiləri Korpusuna (SEPAH) yaxınlığı ilə tanınan “Fars” Xəbər Agentliyi tərəfindən açıqlanıb.

Qadağa İran daxilində, xüsusən də mobil telefon izləmə yolu ilə həyata keçirilən sui-qəsdlərlə bağlı artan təhlükəsizlik narahatlıqlarından sonra tətbiq olunub.

Məlumata görə, bu addım İsrailin ötən il “Hizbullah” üzvlərinə qarşı həyata keçirdiyi “peycer hücumu” kimi hadisələrin təkrarlanmasının qarşısını almaq məqsədi daşıyır.

Bildirilir ki, İsrailin son hücumlarında nüvə alimləri də daxil olmaqla bir çox insan bu cür texnologiyalarla hədəfə alınaraq öldürülüb.

Agentlik yazır ki, mobil qurğular hətta söndürüldükdə belə yerin izlənməsinə qarşı tam təhlükəsizliyi təmin etmir.

Digər tərəfdən, millət vəkili Həmid Rəsai “X” sosial media platformasındakı paylaşımında bütün məmurların və yaxın həmkarlarının mobil telefonlarını təhvil verməli olduqlarını bildirib.

ELÇİN
Seçilən
11
1
reyting.az

2Mənbələr