AZ

ADA Universiteti Balaxanı neftçilərinin yeni akademik tərəfdaşıdır (FOTO)

Bakı. Trend:

“Balakhani Operating Company LTD” (BOC) şirkəti ADA Universitetiilə tələbələrin təhsil keyfiyyətinin və peşə fəaliyyətininyaxşılaşdırılması məqsədilə əməkdaşlıq edəcək.

Bu barədə iki təsisat arasında bağlanılan Anlaşma Memorandumundadeyilir.

Bu gün Universitetin tədris mərkəzində rektor Hafiz Paşayev vəBOC prezidenti Rövşən Rzayev tərəfindən imzalanan sənədə əsasənhasilat şirkəti ADA Universiteti və ADA Fondu tərəfindən irəlisürülən elmi-tədqiqat layihələrinə, tələbələrin peşə təcrübəsininartırılmasına dəstək verəcək.

Görüşdə ADA Universitetinin rektoru Hafiz Paşayev qeyd edib ki,tarixən neft sahəsində çalışan mühəndislər, geoloqlarcəmiyyətimizin dəyərli ziyalıları arasında yer alıblar. Azərbaycaniqtisadiyyatında vacib yer tutan neft sənayesi bu günə qədər ağırzəhmət tələb edən şərəfli sahədir. Müasir dövrdə hasilatsənayesində texnoloji elmi-tədqiqatların yeri günü-gündəngenişlənməkdədir. Azərbaycanda neft hasilatı ənənələrininin vətəcrübənin müasir idarəetmə və tədqiqatlarla birləşməsi gözəlnəticələr verməkdədir.

BOC prezidenti Rövşən Rzayev isə bildirib ki, hasilat şirkətininfəaliyyət göstərdiyi Abşeronun ən iri yatağı-Balaxanı-Sabunçu-Ramana neft-qaz yatağı iki yüz ilə yaxın istismarolunsa da, torpağın qorunması, təbii resursların dayanıqlığı vəekoloji mühafizə istiqamətində həyata keçirilən işlər, xüsusilə,Sovet dövründə aşağı səviyyədə idi. Son illər “Balakhani OperatingCompany LTD” tərəfindən lay suların utilizə edilərək torpaqqatlarına qaytarılması, tullantılara məruz qalan ərazilərinmüxtəlif üsullarla rekultivasiya edilib təmizlənməsi, çox saydayaşıllıq zolaqlarının salınması hasilata müsbət təsir göstərməkləyanaşı ölkəmizin təbii ehtiyatlarının dayanıqlığının təminedilməsinə də töhfə verir.

Görüşün sonunda BOC adından ADA Universitetinə kətan üzərindəneftlə işlənmiş “Xudafərin” rəsm əsəri təqdim edilib. ADA isəqonaqlarına görkəmli alim və ictimai xadim, geologiya-mineralogiyaelmləri doktoru Musa Əliyevin memuarlarını əhatə edən “Ömrüm”nəşrini hədiyyə edib.

ADA
ADA
ADA
ADA
ADA
ADA
ADA
Məqalədə:
Seçilən
0
8
az.trend.az

9Mənbələr