AZ

Həmin müəllimlərin maaşında artım nəzərdə tutulur

“Bu il fizika, kimya və informatika müəllimləri sertifikasiyadan keçəcəklər”.

Gundem.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktor müavini Vəfa Yaqublu müəllimlərin sertifikatlaşdırılması prosesi ilə bağlı keçirilən brifinqdə deyib.

V.Yaqublu bildirib ki, müəllimin savadlı olması təhsilin keyfiyyətini müəyyən edir:

“Yaxın gələcəkdə müəllimlərin sertifikatlaşdırılması onların peşəkar inkişafına və keyfiyyətinin yüksəldilməsinə xidmət göstərəcək. Məktəblərimizin demək olar ki, çoxunda sertifikatlaşmış müəllimlər çalışacaq. Məqsəd bütün məktəbləri savadlı və ixtisaslı müəllimlərlə təmin etməkdir.

Şagirdə dərs deyən müəllimin bilikli olması əsas məsələdir. Əgər müəllim sertifikatlaşdırmadan əvvəl 1000 manat məvacib alırdısa, sertifikatlaşdırmadan sonra onun əməkhaqqında artım nəzərdə tutulur. Bu da təhsildə sağlam rəqabət mühiti yaradır”. 

Seçilən
15
5
gundem.az

10Mənbələr