Yazını böyüt
Yazını kiçilt
Lerikə yeni prokuror təyin edilib.
Hafta.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.
Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən, Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru Şahin Şükürov Lerik rayon prokuroru vəzifəsinə təyin edilib.
2007-ci ildə müsabiqə yolu ilə prokurorluq orqanlarında qulluğa qəbul olunan Şahin Şükürov əvvəllər Ağcabədi, Şəmkir və Suraxanı rayon prokurorluqlarında müstəntiq və böyük müstəntiq, habelə Baş Prokurorluğun müxtəlif idarələrində idarə və şöbə prokuroru vəzifələrində işləyib.
Bundan başqa Baş Prokuror Kamran Əliyevin digər əmri ilə Kamal Əhmədov Gədəbəy rayon prokuroru vəzifəsinə təyin edilib.