Bakı, TurkicWorld
Bolqarıstan Respublikası Milli Assambleyasının sədri Nataliya Kiselova iyunun 17-də Azərbaycana işgüzar səfərə gəlib.
Bu barədə TurkicWorld -ə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, Heydər Əliyev Beynəlxalq Hava Limanında qonağı Milli Məclisin deputatı Kamran Bayramov, Azərbaycanın Bolqarıstandakı səfiri Hüseyn Hüseynov, Bolqarıstanın Azərbaycandakı səfiri Ruslan Stoyanov və digər rəsmi şəxslər qarşılayıblar.
Spiker Nataliya Kiselova ölkəmizə səfəri çərçivəsində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) 65-ci plenar sessiyasında iştirak edəcək, həmçinin, ölkə rəsmiləri ilə bir sıra görüşlər keçirəcək.