Demokrat.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
Qlobal səhiyyə orqanları bütün dünyada qızılcaya yoluxma hallarının əhəmiyyətli dərəcədə artması ilə bağlı təşvişə düşüblər. Demokrat.az xəbər verir ki, mütəxəssislər peyvənd nisbətlərinin təcili olaraq artırılmasının vacibliyini vurğulayırlar.Xüsusilə izdihamlı mühitlərdə yoluxma riskinin qat-qat artdığını ifadə edən səhiyyə səlahiyyətliləri, qızılca virusunun havada saatlarla yaşaya biləcəyini bildirib. İmmuniteti zəif olan şəxslərin və körpələrin yüksək risk qrupunda olduğu vurğulanıb. Qızılcanın yüngül simptomlarla başladığı, ancaq sətəlcəm və beyin iltihabı kimi ciddi fəsadlara yol aça biləcəyi deyilir. Mütəxəssislərin fikrincə, peyvəndin autizmə səbəb olduğu kimi dezinformasiyalar peyvəndlərin sayının azalmasına səbəb olub.Əfsanə Kamal
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.