AZ

Mollazadə: İrana qarşı hərbi əməliyyat məcburiyyətdən irəli gəlir

Mollazadə:

“İranın nüvə silahının olması bölgəmiz üçün təhlükəlidir. Çünki İranın siyasətində təhdid dili daima olub və biz bunu müşahidə etmişik. İslam ölkəsi olan İran 100 minlərlə müsəlmanı didərgin salan, müsəlman torpaqlarını işğal edən Ermənistanın müttəfiqi olub. Azərbaycanın 44 günlük Vətən savaşında İran erməniləri dəstəkləyib, hətta Azərbaycanın suveren ərazilərinə daxil olmaq istəyiblər”.

Bunu “Reytinq” qəzetinə Demokratik İslahatlar Partiyasının (DİP) sədri, deputat Asim Mollazadə deyib.

Partiya sədrinin sözlərinə görə, indi İrana qarşı başlanan hərbi əməliyyat məcburiyyətdən irəli gəlir və nüvə təhdidini aradan qaldırmağa yönəlib: “Ancaq İran rəsmilərinin sözünə inanmaq çətindir, onlar nüvə təhqiqatları aparır və nüvə silahına sahib olmaq niyyətindədirlər”.

Deputat əlavə edib ki, Azərbaycanın maraq dairəsində olan sabitlik və beynəlxalq hüququn işləməsidir: “Ancaq bizim təcrübəmiz var. Beynəlxalq hüquq işləmir, beynəlxalq təşkilatlar üzərlərinə düşən funksiyaları yerinə yetirə bilmirlər. Nəticədə müharibələr başlayır və mülki insanlar da tələf olurlar”.

A. Mollazadə “İrandakı hakim sistem dəyişə bilərmi”,- sualına konkret olaraq, nə “hə”, nə də “yox” cavabı verib: “Teokratik rejimlərin gələcəyi görünmür. İnsanları işgəncə və təzyiq ilə uzun illər nəzarətdə saxlamaq mümkün olmur. SSRİ-nin nümunəsi gözümüzün önündədir”.

Y. QACAR
Reyting.az
Seçilən
23
1
reyting.az

2Mənbələr