AZ

Real Viktor Gyökereşdən imtina edib

Idman.biz portalından alınan məlumata görə, ain.az xəbər verir.

Madrid "Real"ı Viktor Gyökereşdən imtina edib.

İdman.biz "The Athletic"ə istinadən xəbər verir ki, "Kral klubu" ötən yay komandadan ayrılan Xoseluya oxşar oyun profilinə malik hücumçu axtarır.

Xabi Alonso "Real"ın rəhbərliyindən rəqibin cərimə meydançasında uğurlu ola bilən və komandada ikinci dərəcəli rol oynamağa razı bir futbolçu tapmağı xahiş edib.

Gyökereşin "Real"a təklif edilən hücumçular arasında olduğu bildirildi, lakin İspaniya klubu yüksək transfer haqqına görə "Sportinq"in hücumçusundan imtina edib. Bundan əlavə, madridlilər isveçli forvardı start heyət oyunçusu hesab edirlər.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
3
1
icma.az

2Mənbələr