Həbsdə olan daha bir tiktoker ev dustaqlığına buraxılıb.
News24.az xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində "TikTok" sosial şəbəkəsində "Kürd" ləqəbi ilə tanınan Ceyhun Şakir oğlu Nəbiyevin ev dustaqlığına buraxılması ilə bağlı verilən vəsatətə baxılıb.
Məhkəmə vəsatəti təmin edib və C.Nəbiyev istintaq dövründə ev dustaqlığına buraxılıb.
Xatırladaq ki, C.Nəbiyev ötən ilin dekabrında saxlanılıb. O, narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilib və barəsində cinayət işi başlanıb. Məhkəmənin qərarı ilə tiktoker həbs edilib. (Oxu.az)