Demokrat.az xəbər verir ki, daha sonra tədbir Salyan Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin iclas zalında davam edib.
Tədbirdə Salyan Rayon İcra Hakimiyyəti başçısının müavini Rəşad Cəbrayılov, Yeni Azərbaycan Partiyası (YAP) Salyan Rayon Təşkilatının sədri Elmar Əhmədov, Salyan Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru Şirinxanım Səmədova və digər çıxış edənlər tibb işçilərini peşə bayramları münasibətilə təbrik edib, onlara bu müqəddəs peşədə yeni nailiyyətlər və əzmkarlıq arzulayıblar.
Çıxış edənlər dövlətin tibb sahəsinə göstərdiyi diqqətdən, yeni texnologiyaların tətbiqindən, son illər TƏBİB-in və İcbarı Tibbi Sığortanın yaranması ilə əldə olunan uğurlardan, tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsindən, kadr islahatlarından, respublika səhiyyəsinin dünyanın qabaqcıl ölkələrinin sırasına qoşulmasından və Salyan səhiyyəsinin tarixindən söz açıblar. Sonda bir qrup səhiyyə işçisi Rayon İcra Hakimiyyəti başçısının Fəxri fərmanı ilə təltif olunublar.






