AZ

Ayətullah Xamenei bunkerə sığındı


İsrailin keçirdiyi hərbi əməliyyatları Xameneini Tehranın şimal-şərqindəki Lavisan rayonundakı yeraltı bunkerə sığınmağa məcbur edib. Xamneyi ailə üzvlərinin müşayiəti ilə möhkəmləndirilmiş sığınacağa İsrailin İranın hərbi və nüvə obyektlərinə endirdiyi ilk zərbələrdən az sonra köçüb. Yüksək səviyyəli İsrail rəsmisi Kanal 12-nin efirində bildirib ki, Xamneyi ağır ruhi vəziyyətdədir və onun ən yaxın silahdaşlarının çoxu, o cümlədən İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) əsas komandirləri sıradan çıxarılıb.Beləki, İsrail İranın nüvə və hərbi təhdidini zərərsizləşdirmək məqsədiləNatanz nüvə kompleksi, Şahed dron anbarları və hərbi bazalar da daxil olmaqla 300-dən çox hədəfi vurub.
İyunun 15-də İsraildən 2300 km aralıda yerləşən Məşhəd hava limanına edilən hücum isə İsrail Silahli Qüvvələrinin İranın dərinliklərinə zərbələr endirmək qabiliyyətinin nümayişi idi vəbu Xamneyinin hətta ucqar ərazilərdə belə zəifliyini göstəricisi idi. “The Washington Post”un yazdığına görə, yüksək rütbəli zabitlərin öldürülməsi SEPAH-ın komanda strukturunu sarsıdıb.

Surxay Əliyev

Seçilən
10
baki-xeber.com

1Mənbələr