AZ

İkinci mərtəbədən yıxılan uşaq ağır yaralandı

Konyada ikinci mərtəbədə yerləşən mənzilin eyvanından yıxılan 7 yaşlı uşaq ağır xəsarət alıb.

AzEdu.az xəbər verir ki, babasının yanında qalan və əlil olduğu bildirilən azyaşlı Y.E. mənzilin eyvanında oynayarkən tarazlığını itirərək ikinci mərtəbədən yerə yıxılıb. Hadisə nəticəsində uşaq ciddi şəkildə xəsarət alıb.

Ərazidəki sakinlərin məlumat verməsi ilə hadisə yerinə dərhal polis və sağlamlıq qrupları cəlb olunub. Yaralıya ilkin tibbi yardım göstərildikdən sonra o, təcili tibbi yardım maşını ilə Konya Şəhər Xəstəxanasına çatdırılıb və müalicə altına alınıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Seçilən
3
azedu.az

1Mənbələr