AZ

Makron İranda hakimiyyəti kənardan zorla dəyişməyi strateji səhv adlandırdı


Bu barədə Kanadada keçirilən Yeddilik Qrupunun (G7) zirvə görüşündə jurnalistlərə açıqlamasında Makron danışıb: “Kənardan zərbə endirməklə bir ölkəni onun iradəsinə zidd olaraq xilas etməyin mümkün olduğuna inananlar həmişə yanılmışdır”. Onun sözlərinə görə, “keçmişdə zərbələr və ya hərbi əməliyyatlarla rejimləri dəyişməyə cəhd edən hər kəs strateji səhvlərə yol verib”. "Təcrübə də bunu bizə göstərir", - deyə Fransa lideri vurğulayıb. İsraillə İranın qarşıdurmasını şərh edən Fransa prezidenti tərəfləri mülki hədəflərə zərbə endirməkdən çəkinməyə çağırıb. “Hər iki tərəfdən enerji infrastrukturuna, mədəni və inzibati obyektlərə, xüsusən də mülki əhaliyə bütün zərbələrin dayandırılması tam zəruridir”, -deyə Makron bildirib.

Surxay Əliyev

Seçilən
8
baki-xeber.com

1Mənbələr