AZ

"Qalatasaray"ın futbolçusu "İnter" və "Mançester Yunayted"in hədəfində

"Qalatasaray"ın futbolçusu Qabriel Saraya Avropadan təkliflər var.

Sportal.az xəbər verir ki, "Mançester Yunayted" və "İnter" braziliyalı yarımmüdafiəçini transfer etmək istəyir. Bu barədə "Sabah" nəşri məlumat yayıb.

Hər iki klub yaxın zamanda Sara üçün "Qalatasaray"a təklif göndərməyə hazırlaşır.

İstanbul təmsilçisi oyunçusunu satmaq niyyətində deyil. Lakin yüksək məbləğdə təklif gələcəyi təqdirdə, qərar dəyişə bilər. 

25 yaşlı futbolçunun adı daha əvvəl "Mançester Siti" ilə hallanırdı.

Qeyd edək ki, "Qalatasaray" Qabriel Saranı ötən ilin yayında "Norviç Siti"dən transfer edib. "Sambaçı" "sarı-qırmızılar"ın heyətində meydana çıxdığı 45 rəsmi matçda 2 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.

saytlarin hazirlanmasi

Seçilən
5
1
sportal.az

2Mənbələr