Redaktor.az saytından alınan məlumata görə, ain.az bildirir.
"Ötən həftə demişdim ki, rəsmi Bakı İsrailə Cənubi Azərbaycanda yaşayan soydaşlarımızla bağlı diqqətli olmalı və hərbi əməliyyatlar mülki insanlardan yan keçməlidir. Artıq rəsmi Bakı İsrailə bununla bağlı mövqeyini bildirib".
Redaktor.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. O, bildirib ki, Güney Azərbaycan həssas məsələdir və onların təhlükəsizliyi bizim üçün önəmlidir:
"İsrail və ABŞ İranda rejimin dəyişməsini hədəfləyir. Yaxın Şərqdə siyasi nizam yaradılır. İran teokratik sistemi ABŞ region siyasətinə ciddi şəkildə problem yaradıb. Beynəlxalq siyasi sistem çökərək, güc amili ortaya çıxıb. İran rejiminin tezliklə çökməsi mümkün görünmür. İran hakimiyyəti bir müddət müqaviməti davam etdirəcəksə, tərəflər arasında müəyyən danışıqların baş tutması mümkün ola bilər".
Vasif ƏLİHÜSEYN
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.