AZ

Pakistan XİN: İranın əleyhinə səs verməymizi istədilər...

ain.az, Mia.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"İsrailin İrana hücumlarından əvvəl Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) iclasında Tehranın nüvə proqramı ilə bağlı qanun layihəsinin lehinə səs verməyimiz üçün  bəzi ölkələr məndən xahiş etdi".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu şok məlumatı Pakistan baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar "Geo News"a müsahibəsində deyib.

O, İsrailin iyunun 13-də İrana hücumundan əvvəl bəzi ölkələrin onlarla təmasa keçdiklərini etiraf edib: "Bu ölkələrin iyunun 12-də MAQATE-nin iclasında Pakistandan İranın nüvə proqramı ilə bağlı qanun layihəsinin lehinə səs verməsini istəyirdilər. Lakin biz bu xahişi geri çevirdik, İranın nüvə proqramının əleyhinə səs vermədik".

Nazir həmin  ölkələrin adlarını çəkməyib.

Lamiyə Əhmədli

MİA.AZ

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
1
1
mia.az

2Mənbələr