Vüsal İsgəndərli karyerasını yenidən Albaniyada davam etdirəcək.
Msport.az xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi “Partizani” ilə anlaşıb.
Millimizdə də çıxış etmiş cinah oyunçusu yeni komandası ilə 1+1 illik müqavilə imzalayıb. O, daha əvvəl 2023-24 mövsümündə Albaniyada “Eqnatia”nın formasını geyinib.
Qeyd edək ki, son olaraq ötən mövsüm “Boluspor”da çıxış edən Vüsal İsgəndərli Türkiyə I Liqasında 22 oyunda 1 qol vurub, 3 məhsuldar ötürmə verib.