AZ

Ərdoğan onlara İstanbulda görüşməyi təklif edib - Mənbə

Rəcəb Tayyib Ərdoğan ABŞ və İran prezidentləri Donald Tramp və Məsud Pezeşkiana İstanbulda nüvə danışıqlarını bərpa etməyi təklif edib.

Yenisabah.az hürriyet-ə istinadla xəbər verir ki, bu barədə mənbələr danışıb.

"Prezident Ərdoğan əvvəlcə Trampa təklif etdi: "Gəlin, Pezeşkianla görüşünüzü İstanbulda keçirək, həll yolu tapsın. Tramp cavab verdi ki, təyyarəsi hazırdır və uça bilər".

Qəzet “Türkiyənin ABŞ və İran arasında dialoqun bərpasının tərəfdarı olduğunu və onun səsləndirdiyi təklifin “prezident Ərdoğanın Tramp və Pezeşkianla danışıqlarının gündəmindəki əsas məsələ olduğunu” vurğulayır.

“Hurriyet”in məlumatına görə, daha əvvəl İran prezidenti ilə telefon danışığı zamanı Ərdoğan Türkiyənin İran-İsrail münaqişəsinin həllində vasitəçi kimi çıxış etməyə hazır olduğunu bəyan edib.


Telegram kanalımız
Seçilən
5
1
yenisabah.az

2Mənbələr