AZ

Papuaşvili: Orta Dəhliz regionun ümumi gələcəyinin rəmzidir

TBİLİSİ, 17 iyun. TELEQRAF

“Avropa və Asiya arasında iqtisadi əlaqələri möhkəmləndirən, regional əməkdaşlığı, enerji təhlükəsizliyini, rəqəmsal bağlılığı və dayanıqlı inkişafı təmin edən Orta Dəhliz bizim ümumi gələcəyimizin rəmzidir”.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Ankarada Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuşla keçirdiyi birgə brifinqdə deyib.

Onun sözlərinə görə, Gürcüstan Orta Dəhlizin potensialından tam istifadəsi üçün Türkiyəni çox mühüm tərəfdaş hesab edir.

Spiker qeyd edib ki, türkiyəli həmkarı ilə görüşdə Qafqaz bölgəsində sülh və sabitliyin təşviqi ilə bağlı hər iki ölkənin ümumi baxışları vurğulanıb.

Ş.Papuaşvili Türkiyə ilə parlamentlərarası dialoqun daha da möhkəmləndirilməsinə hazırlığını bir daha təsdiqləyib.

Seçilən
7
2
teleqraf.com

3Mənbələr