AZ

Azərbaycanda yük daşımaları artıb

2025-ci ilin  yanvar-mayında  Azərbaycanda nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri 96,8 milyon ton yük daşıyıb. Bu, ötən ilin eyni dövrü ilə 2,8 milyon ton və yaxud 2,9 % çoxdur. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Hesabat dövründə qeyri-dövlət sektoruna məxsus nəqliyyat vasitələri ilə daşınmış yüklərin həcmi 5,2 % artıb, daşınmış yüklərin ümumi həcmində bu sektorun xüsusi çəkisi 77,9 % təşkil edib.

Bundan başqa, 5 ay ərzində nəqliyyatçılar 849,8 milyon sərnişinə xidmət göstəriblər. Bu da 1 il əvvələ nisbətən 47,1 milyon sərnişin və yaxud 5,8 % çoxdur.

Aytac

Seçilən
4
3
anews.az

4Mənbələr