AZ

Ermənistan: Azərbaycanla sülh sazişini bu gün imzalamağa hazırıq

BAKI, 17 iyun. TELEQRAF

“Ermənistan Azərbaycanla sülh sazişini imzalamağa hazırdır”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Sərkis Xandanyan deyib.

“Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin razılaşdırılmış mətni var. Ermənistan bu gün onu imzalamağa hazırdır”, - Xandanyan bildirib.

Komitə sədri Ermənistan və Azərbaycan üçün yeni münaqişə üçün səbəb olmadığını da qeyd edib.

Seçilən
5
teleqraf.com

1Mənbələr