AZ

İran hakimiyyəti daxili və beynəlxalq uçuşlara qadağaları uzadıb

İran hakimiyyət orqanları daxili və beynəlxalq reyslərə qadağanı iyunun 18-nə kimi uzadıb.

Mehr xəbər agentliyinin Yollar və Şəhərsalma Nazirliyinə istinadən verdiyi məlumatda bu barədə qeyd edilib.

“Son hadisələrlə əlaqədar olaraq, sərnişinlərin və uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə ölkənin hava məkanı bağlanacaq”, - agentliyin Teleqram kanalında yayılan məlumatda deyilir.

İran vətəndaşlarına həmçinin ölkənin hava limanlarını ziyarət etməkdən çəkinmək və rəsmi mənbələrdən uçuşla bağlı xəbərləri izləmək tövsiyə olunub.

Seçilən
5
aznews.az

1Mənbələr