AZ

Kahramanmaraşda “Azərbaycan” məhəlləsinin açılacağı tarix məlum olub

Türkiyənin Kahramanmaraş şəhərində iyunun 19-da “Azərbaycan” məhəlləsinin açılışı olacaq.

Busaat.az xəbər verir ki, bu barədə Report-a çıqlamasında Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Şamil Ayrım məlumat verib.

Millət vəkili xatrıladıb ki, 2023-cü il fevralın 6-da Türkiyənin Kahramanmaraş şəhərində baş verən dağıdıcı zəlzələ fəlakətindən sonra Prezident İlham Əliyevin tapşırığı ilə dərhal qardaş ölkəyə kömək üçün bütün imkanlar səfərbər olunub:

“Eyni zamanda dağıntıya məruz qalan “Azərbaycan” məhəlləsinin yenidən inşasını da dövlətimiz öz üzərinə götürüb. Ona görə də “Azərbaycan” məhəlləsi iki qardaş ölkə arasında dostluq və həmrəyliyi daha da gücləndirən bir simvola çevrilib”.

Ş.Ayrım yüksək səviyyəli açılış mərasimində Azərbaycan və Türkiyə prezidentlərinin iştirak edəcəklərinin gözlənildiyini də vurğulayıb.

Seçilən
2
16
busaat.az

10Mənbələr