AZ

Aİ İsrailə silah tədarükünə embarqo tətbiq etməlidir

Avropa İttifaqı (Aİ) Qəzza zolağındakı vəziyyətlə əlaqədar İsrailə silah tədarükünə embarqo tətbiq etməlidir.

Viral.az xarici mediaya istinadla xəbər verir ki, bu barədə İspaniyanın xarici işlər naziri Xose Manuel Albares bildirib.

“Avropalı tərəfdaşlarımız bu müharibə davam etdiyi müddətdə İsrailə silah satmamaq üçün embarqo tətbiq etməlidir”, – o qeyd edib.

Son Yazılar:

Bundan əlavə, nazir İsrail-İran münasibətlərində gərginliyin azalması əlamətlərinin olmamasından təəssüfləndiyini bildirib.

Albares həmçinin İranın nüvə proqramı ilə bağlı danışıqların bərpa olunmasının tərəfdarı olduğunu söyləyib.

Seçilən
9
viral.az

1Mənbələr