"Fənərbağça" rəhbərliyi "Nitsa" klubunun hücumçusu Evvan Qessan üçün 30 milyonluq təklif verib.
Offsideplus.az xəbər verir ki, Fransa klubu isə bunu qəbul etməyib.
Bu barədə "Sky Sports" məlumat yayıb.
"Sarı-lacıvərdlilər"in baş məşqçisi Joze Mourinyo gənc futbolçu ilə dünən "Zoom" vasitəsilə danışıqlar aparıb. O, hazırda İstanbul təmsilçisinin 1 nömrəli hədəfidir.
23 yaşlı Qessan başa çatan mövsüm 42 oyunda 13 qol vurub və 10 məhsuldar ötürmə edib.