ain.az, Azvision portalına istinadən məlumat yayır.
Bu sözləri İsrailin müdafiə naziri İsrael Kats səhər saatlarında İsrail Ordusunun ali rütbəli nümayəndələri ilə keçirdiyi vəziyyəti qiymətləndirmə iclasında dilə gətirib. O, birbaşa Əli Xameneiyə xəbərdarlıq ünvanlayıb ki, "müharibə cinayətləri törətməkdən, mülki İsrail sakinlərinə raket atmaqdan əl çəksin". "O, İsrail Dövlətinə qarşı məhz eyni yolu seçmiş qonşu ölkədəki diktatorun taleyini xatırlasın!", - Kats vurğulayıb. Məlumat üçün xatırladaq ki, İranın sabiq lideri Səddam Hüseyn 2003-cü ildə ABŞ-nin İraqı işğalı əsnasında devrilmiş və asılmışdı. Kats diqqətə çatdırıb ki, İsrail Hərbi Hava Qüvvələri dünən İran dövlət televiziyasına aviazərbə endirdiyi kimi digər siyasi və hərbi orqanların binalarını da hədəfə alacaq. "Tehran sakinlərini öz təhlükəsizlikləri naminə həmin əraziləri boşaltmağa çağırıram", - nazir deyib.
İranın canlı qüvvəsi zərərsizləşdirilib | VİDEO
Xatırladaq ki, iyunun 13-dən etibarən İsrail və İran arasında qarşılıqlı raket hücumlarına əsaslanan gərgin münaqişə başlayıb. İsrail əsasən İran ərazisindəki nüvə və raket obyektlərini hədəfə alaraq sıradan çıxarır. İran isə gecə saatlarında İsrailin Tel-Əviv və Heyfa şəhərlərini vurub. Hər iki ölkədə ciddi sayda mülki əhali itkisi qeydə alınır. Firudin Həmidli
AzVision.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.