AZ

Ceyhun Sultanov: "Şerif" və Trnava "Spartak"ı düşsə, daha yaxşı olar"

Ölkəmizi Avropa Liqasında təmsil edəcək "Sabah"ın birinci mərhələdəki potensial rəqibləri məlumdur.

İdman.biz xəbər verir ki, Azərbaycan kubokunun qalibi bu raundda "Şaxtyor" (Donetsk, Ukrayna), "Şerif" (Tiraspol, Moldova), "Selye" (Sloveniya) və "Spartak" (Trnava, Slovakiya) klublarından biri qarşılaşacaq.

Tanınmış menecer Ceyhun Sultanov Sport24.az saytına püşklə bağlı fikirlərini bölüşüb: "Avropa Liqasında zəif komanda olmur. Rəqiblərdən ən münasibi "Şerif" və Trnava "Spartak"ıdır. Bunlar düşsə, daha yaxşı olar. Vasili Berezutski gedişinə heç nə deyə bilmərəm. Kuboku qazandı və sonra qərarı belə oldu. Klubun içində olmadan fikir bildirmək çətindir. "Sabah"ın Avropa Liqasındakı ilk təcrübəsi, klubun beynəlxalq arenada yeni bir səhifə açması baxımından əhəmiyyətlidir. Komanda bu mərhələni keçməyə çalışacaq".

Qeyd edək ki, UEFA Avropa Liqasının birinci təsnifat mərhələsinin püşkü atılacaq. Püşkatma mərasimi bu gün saat 17:00-da başlayacaq.

İdman.biz

Seçilən
10
1
idman.biz

2Mənbələr