AZ

Beynəlxalq tədbirlərdə iştirak etmiş gənclərlə görüş keçirilib

ain.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 17 iyun, AZƏRTAC

Gənclər və idman naziri Fərid Qayıbov nazirliyin dəstəyi ilə beynəlxalq tədbirlərdə iştirak etmiş gənclərlə görüşüb.

Qurumun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, nazir gəncləri qazandıqları uğurlar münasibətilə təbrik edib, iştirak etdikləri tədbirlər və qazandıqları təcrübələr barədə fikir mübadiləsi aparıb. ABŞ, Türkiyə, Misir, İndoneziya və Özbəkistanda keçirilən beynəlxalq əhəmiyyətli tədbirlər, beynəlxalq yarışlarda iştirak edən gənclər öz təəssüratlarını paylaşıb, nailiyyətləri barədə ətraflı məlumat veriblər.

Görüşdə gənclərin fikirlərini və təkliflərini dinləyən F.Qayıbov nailiyyət qazananları təbrik edib, fəaliyyətlərinin davamlılığını arzulayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
3
3
azertag.az

4Mənbələr