Türkiyəli məşqçi Fatih Terimin Səudiyyə Ərəbistanının "Əl-Şabab" komandasındakı gələcəyi bəlli olub.
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ərəb klubu ilə 1,5 illik müqavilə imzalayan məşqçi yeni mövsümdən komandanın sükanı arxasında olmayacaq.
Qeyd edək ki, Fatih Terim "Əl-Şabab"la 23 oyunda, 12 qələbə qazanıb, 4 heç-heçə edib, 7 görüşdə isə uduzub. Klub liqanı 60 xalla 6-cı sırada tamamlayıb.
Terimin 6 aylıq qazancı isə 1,6 milyon dollar olub.
Hüseyn
Milli.Az