AZ

Nazirlik: Məktəblərin hamısında sertifikatlaşmış müəllimlər çalışacaq

“Sertifikatlaşdırma prosesi təhsilin keyfiyyətinin artırılmasına yönəlib”...

Bunu Elm və Təhsil Nazirliyinin şöbə müdiri Vəfa Yaqublu müəllimlərin sertifikatlaşdırılması prosesi ilə bağlı təşkil olunan brifinqdə deyib.

V.Yaqublu qeyd edib ki, bu il fizika, kimya və informatika müəllimləri sertifikasiyadan keçəcəklər.

“Müəllimin keyfiyyəti təhsilin keyfiyyətini müəyyən edir. Fənni dərindən bilən və şagirdlərdə öyrənmə həvəsi yarada bilən müəllimlər seçilir. Yaxın gələcəkdə müəllimlərin sertifikatlaşdırılması onların peşəkar inkişafına və keyfiyyətinin yüksəldilməsinə xidmət edəcək. Məktəblərimizin demək olar ki, hamısında sertifikatlaşmış müəllimlər çalışacaq. Məqsəd bütün məktəbləri savadlı və ixtisaslı müəllimlərlə təmin etməkdir.

Şagirdə dərs deyən müəllimin hazırlıqlı və bilikli olması vacibdir. Əgər müəllim sertifikatlaşdırmadan əvvəl 1000 manat məvacib alırdısa, sertifikatlaşdırmadan sonra onun əməkhaqqında artım nəzərdə tutulur. Bu isə sağlam rəqabət mühiti yaradır”,- deyə o bildirib.

Poliqon.info

Seçilən
4
5
poliqon.info

10Mənbələr