AZ

Azərbaycan futbolçusu Albaniya klubuna keçdi

Azərbaycan millisinin futbolçusu Vüsal İsgəndərlinin yeni klubu bəlli olub.

"Unikal" xəbər verir ki, oyunçu Albaniyanın “Partizani” komandası ilə 1+1 illik müqavilə imzalayıb.

Türkiyə təmsilçisi “Boluspor”la sözləşməsi iyunun 30-da başa çatacaq yarımmüdafiəçi rəsmi icazə ilə “Partizani”nin məşqlərində iştirak edir.

Qeyd edək ki, Vüsal İsgəndərli “Boluspor”un heyətində 2024/2025-ci illər mövsümündə 22 oyunda 1 qol və 3 ötürmə ilə yadda qalıb.

Seçilən
8
unikal.az

1Mənbələr