Bunu Trend-ə açıqlamasında Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı Ələkbər Ələkbərov bildirib.
O, qeyd edib ki, Vətən müharibəsi bitdikdən sonra, işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətilə məşğul olan digər qurumlarla yanaşı, FHN Xüsusi Riskli Xilasetmə Xidmətinin Xüsusi Təyinatlı Hissəsidə bu işlərə cəlb edilib.
"İşlərin icrasına cəlb edilmiş şəxsi heyət müvafiq qayda da kurslar keçərək sertifikat aldıqdan sonra, işlərin icrasına buraxılır. Minatəmizləmə fəaliyyəti ilə məşğul olmaqda bizə, minatəmizləmə üzrə xüsusi təlim keçmiş itlər və kineloqlarımız da bizə dəstək göstərirlər", - deyə o qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31