AZ

Çində ölçülərinə görə B-2 Spirit bombardmançısına bənzər təyyarə görünüb

Yeni peyk görüntüsü, “uçan qanad” aerodinamik dizaynından istifadə edilməklə inşa edilmiş və əvvəllər məlum olmayan Çinin aşağı müşahidə edilə bilən təyyarəsini göstərib.

Herbiand.az bildirir ki, bu barədə The War Zone məlumat yayıb.

Şəkildə Sincan vilayətində pilotsuz uçuş aparatlarının təlim keçirilməsi üçün istifadə edilən gizli Çin sınaq bazası göstərilir. Yeni məhsulun özü təsir edici görünür. Mütəxəssislərin fikrincə, aparatın qanadlarının uzunluğu təxminən 52 m-dir.

Amerikanın nəhəng strateji bombardmançısı B-2 Spirit-in qanadları da təxminən belə ölçülərə malikdir. Yeni B-21-in qanadlarının göstəricisi isə daha azdır - 40 m.

Mütəxəssislər Çin aviabazasında tam olaraq nəyi görə bildiklərini dəqiq deyə bilmirlər. Onlar güman edirlər ki, söhbət çox böyük, yüksək hündürlükdə, alçaq müşahidə oluna bilən və konseptual olaraq Amerika kəşfiyyatı RQ-180-ə yaxın olan drondan gedir.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
11
herbiand.az

1Mənbələr