Müəllimlərin sertifikatlaşdırılması prosesi təhsilin keyfiyyərinin artırılmasına yönəlmiş bir prosesdir.
AzEdu.az xəbər verir ki, bu sözləri Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublu müəllimlərin sertifikatlaşdırılması prosesi ilə bağlı təşkil olunan media brifinqində qeyd edib.
"Yaxın prosesdə biz müəllimlərin mərhələli şəkildə sertifikasiyasını aparacağıq. Kifayət qədər yüksək bal toplayan müəllimlərimiz məktəblərdə işləyəcəkdir. Arzumuz bütün məktəbləri savadlı müəllimlərlə təmin etməkdir. Bizim üçün əsas fiqur şagirddir. İkinci maraqlı tərəf valideyn, 3-cü maraqlı tərəf isə müəllimlərin özüdür. Əgər sertifikasiyaya qədər şərti olaraq 1000 manat maaş alırdısa, yüksək bal topladığı təqdirdə bu məbləğ yüksələcəkdir".