Reyting.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Fələstinin radikal HƏMAS hərəkatı Rusiyadan xahiş edir ki, Qəzza zolağının sakinlərinə humanitar yardım çatdırılarkən beynəlxalq qanunlara riayət etmək üçün İsrailə təsir göstərsin. Reyting.az xəbər verir ki, bunu HƏMAS-ın siyasi büro rəhbərinin müavini Musa Əbu Marzuk deyib. Marzukun sözlərinə görə, HƏMAS-ın Rusiyaya müraciət etməsi təbiidir, çünki o, BMT Təhlükəsizlik Şurasının üzvüdür və dünya gücü kimi İsrail dövlətini beynəlxalq hüquqa riayət etməyə məcbur edə bilər.Xatırladaq ki, hələ mart ayının sonunda anklav hökumətinin sözçüsü bildirib ki, İsrailin bölgəyə humanitar yardım göndərilməsini əngəlləmək qərarına görə Qəzza zolağındakı fələstinlilər aclıqla üzləşiblər.ELÇİN
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.