sport24.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
Türkiyəli mütəxəssis Fatih Terim Səudiyyə Ərəbistanının "Əl Şabab" klubundan ayrılacaq. Sport24.az xəbər verir ki, bu barədə Türkiyənin "HT Spor" nəşri məlumat yayıb.
Xəbərdə bildirilir ki, Terim müqaviləsində sözləşməni uzatma bəndinin olmasına baxmayaraq, komandada qalmaq istəmir.
Qeyd edək ki, Türkiyə millisinin və "Qalatasaray"ın sabiq baş məşqçisi 2024-cü ilin dekabrından "Əl-Şabab"ı çalışdırır. Onun komandası mövsümü 60 xalla 6-cı pillədə başa vurub.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.