ABŞ İrana sülh danışıqları təklifi ilə müraciət etməyib.
İndex.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp bəyan edib.
“Əgər Tehran danışmaq istəyirsə, məni necə tapacağını bilir”, – o qeyd edib.
D.Tramp həmçinin deyib ki, İran “masada olan” razılaşmanı qəbul etsəydi, bu, çoxlu sayda həyatı xilas edə bilərdi.