AZ

TEKNOFEST İstanbulun keçiriləcəyi tarix açıqlandı

ain.az, 525.az portalına istinadən məlumat verir.

Dünyanın ən böyük aviasiya, kosmos və texnologiya festivalı olan TEKNOFEST tezliklə İstanbulda keçiriləcək.

525.az xəbər verir ki, bu barədə Türkiyənin Sənaye və Texnologiya Nazirliyi məlumat yayıb

Qeyd olunub ki, TEKNOFEST İstanbul 17-21 iyul tarixlərində Atatürk Hava Limanında təşkil olunacaq.

Bu, 2025-ci ildə keçiriləcək ikinci TEKNOFEST festivalı olacaq. İlk belə festival 1-4 may tarixlərində Şimali Kiprdə keçirilib. Festival 4 gün ərzində ümumilikdə 225 min nəfər tərəfindən ziyarət edilib.

Xatırladaq ki, 2018-ci ildə etibarən 11 dəfə keçirilən festivalın ümumi ziyarətçi sayı 11 milyona yaxındır.

İbrahim Cəfərov

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
4
525.az

1Mənbələr