AZ

Oğuz-Qəbələ-Bakı su kəmərində baş verən qəzanın səbəbi açıqlanıb

Oğuz-Qəbələ-Bakı magistral su kəmərində baş verən qəzanın səbəbləri açıqlanıb.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən cavab olaraq bildirilib ki, bu kəmərdə baş verən qəzanın səbəbi və bərpa prosesi ilə bağlı açıqlamada deyilir ki, bu cür qaza hallarında təmir-bərpa prosesində əsas vaxt texniki təmir işlərinə deyil, boru kəmərinin tam su ilə boşaldılması və sonradan təzyiqə uyğun şəkildə yenidən doldurulması mərhələlərinə sərf olunur.

"Bu proseslərin hər biri təxminən 24 saatdan artıq vaxt aparır və ciddi nəzarət və təhlükəsizlik tədbirləri çərçivəsində həyata keçirilir. Qəza zamanı bu kəmərlə qidalanan ünvanların su təchizatı gün ərzində alternativ mənbələr hesabına, fasilələrlə təmin olunur. Hazırda qəzanın aradan qaldırılması istiqamətində qəza briqadası tərəfindən operativ və mütəzəm işlər davam etdirilir", - deyə məlumatda deyilir.

Məlumatda qeyd edilib ki, su kəməri şüşə lifli (GRP) borularla inşa olunub: "Bu tip boruların əsas üstünlüklərindən biri korroziyaya qarşı dayanıqlı olmasıdır: "Lakin GRP borular spesifik texniki xüsusiyyətlərinə görə yüksək həssaslığa malikdir və istismar zamanı hidravlik gərginliklər və ya mexaniki təsirlər nəticəsində lokal qəzalar baş verə bilər".

Qurumdan bildirilib ki, əhalidə çaşqınlıq yaratmamaq məqsədilə suyun verilişində fasilə yaranan ərazilər konkret küçə adları ilə deyil, ümumi şəkildə qeyd olunur: "Hazırda bəzi informasiya saytlarında fasilənin tətbiq olunduğu ərazilər qeyd edilsə də, faktiki olaraq həmin ərazilər qeyd olunanlarla məhdudlaşmır".

Qeyd edək ki, Oğuz-Qəbələ-Bakı su kəmərində baş verən qəza ilə əlaqədar Bakı şəhəri və Abşeron yarımadasının bəzi ərazilərinə su təchizatında müvəqqəti fasilə yaranacaq. İşlər yekunlaşdıqdan sonra suyun iyunun 20-dən suyun əvvəlki rejimlə verilməsi bərpa olunacaq

Seçilən
3
20
far.az

10Mənbələr