AZ

Ülvi Quliyev 17 iyunla bağlı paylaşım edib

ain.az bildirir, Sfera.az saytına əsaslanaraq.

Millət vəkili, Azərbaycan Karate Federasiyasının prezidenti Ülvi Quliyev 17 iyun - Ümumdünya Karate Günü ilə bağlı paylaşım edib. 

Sfera.az xəbər verir ki, Ü.Quliyev paylaşımında bu idman növü ilə məşğul olan şəxsləri təbrik edib:

"Hörmətli karateçilər, məşqçilər, veteranlar və bu nəcib döyüş sənətinin hər bir sevdalısı!

Bu gün — 17 iyun tarixində, Ümumdünya Karate Günündə — sizləri Azərbaycan Karate Federasiyası adından səmimi qəlbdən təbrik edirik! Karate yalnız bir idman növü deyil, eyni zamanda özündə güc, iradə, intizam və hörmət kimi dəyərləri birləşdirən həyat fəlsəfəsidir.

Sizlərin gündəlik zəhməti, döyüş meydanlarında göstərdiyiniz əzm və əldə etdiyiniz uğurlar sayəsində Azərbaycan karatesi günü-gündən daha da güclənir, beynəlxalq arenada tanınır və hörmət qazanır.

Bu əlamətdar gündə sizə möhkəm can sağlığı, yeni-yeni nailiyyətlər, güc və ruh yüksəkliyi arzulayırıq. Karate sənətinə olan sədaqətiniz və fədakarlığınız daim bizim qürur mənbəyimizdir!

Ümumdünya Karate Gününüz mübarək!"

Altay

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
3
4
sfera.az

5Mənbələr