AZ

Rus ordusuna “Pantsir-S” sistemləri üçün növbəti sursatlar verilib

“Yüksəkdəqiqlikli komplekslər” holdinqi dövlət müdafiə sifarişi çərçivəsində Rusiya Silahlı Qüvvələrinə “Pantsir” hava hücumundan müdafiə sistemləri üçün idarə olunan zenit raketlərinin partiyasını təhvil verib.

Herbiand.az bu barədə holdinqin mətbuat xidmətinə istinadən bildirir.

Holdinqdən qeyd edilib ki, “Pantsir-S” sistemləri müxtəlif obyektləri hava hücumundan müdafiə etmək üçün əla vasitə kimi özünü sübut edib. Həmçinin, bu sistemlər hərbçilər tərəfindən yüksək qiymətləndirilir.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
12
herbiand.az

1Mənbələr