AZ

Barış Mançonun bacısı vəfat etdi

Mərhum türkiyəli müğənni Barış Mançonun bacısı İnci Manço İlbay vəfat edib.

Kulis.az xəbər verir ki, o, 80 yaşında Ankarada dünyasını dəyişib.

Ötən gün səhər saatlarında infarkt keçirən İnci Manço xəstəxanaya aparılsa da, edilən bütün müdaxilələrə baxmayaraq onu xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Barış Manço 1999-cu il fevralın 1-də 56 yaşında Kadıköydəki evində ürək tutmasından vəfat edib.

Seçilən
7
2
kulis.az

3Mənbələr