Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov Ağdamda jurnalistlərə açıqlamasında bəyan edib ki, 44 günlük Vətən müharibəsindən sonra Ağdam rayonunda 35 min hektardan çox ərazi minalardan və partlamamış hərbi sursatlardan təmizlənib.
SİTAT: "Minatəmizləmə fəaliyyəti işğaldan azad olunmuş bütün ərazilərdə, o cümlədən Qazax rayonunda icra olunur. Bu günədək 206 min hektardan çox ərazi minalardan və partlamamış hərbi sursatlardan təmizlənib, 199 minə yaxın mina və partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib", - deyə o bildirib.
Mətləb Salahov