ain.az, Fanat saytına istinadən bildirir.
"Tottenhem"in, "Real Madrid"in və Uels millisinin sabiq sağ cinah vingeri Qaret Beyl İngiltərə klubunun səhmlərinin bir hissəsini ala bilər.
Fanat.Az xəbər verir ki, o, ABŞ-dən olan ivestorlarla birlikdə "Plimut"un həmsahibi olmağa yaxındır.
Beylin "Plimut"la tarixi əlaqələri olmasa da, son illərdə amerikalı investorlar tanınmış idmançıları özlərinə şərik etməyə üstünlük verirlər.
Daha öncə okeanın o tayından olan iş adamları ilə birlikdə Luka Modriç "Suonsi"nin, tanınmış qolfçular - Cordan Spit və Castin Tomas isə "Lids"in səhmlərinin bir hissəsini almışdılar.
Nihat
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.