Prezident İlham Əliyev Milli Məclisin mayın 1-də "Aviasiya haqqında" qanunun icrası ilə əlaqədar qəbul etdiyi "Dövlət rüsumu haqqında" qanuna dəyişiklik edilməsi haqqında qanunu təsdiq edib.
Publika.az xəbər verir ki, yenilənmiş qanuna əsasən, mülki aviasiya sahəsində dövlət rüsumu tutulan xidmət və hüquqi hərəkətlərin siyahısı genişləndirilib.
Pilotsuz uçuş aparatları istismarçılarına istismarçı sertifikatının verilməsi üçün 15 manat, aviasiya personalına şəhadətnamələrin, vəsiqələrin və ya sertifikatların verilməsi üçün 15 manat rüsum nəzərdə tutulub.