AZ

2023-cü il model AK-12 avtomatları rus qoşunlarına göndərilib

“Kalaşnikov” konserni 2023-cü il modelinin təkmilləşdirilmiş 5,45 mm-lik AK-12 avtomatlarının daha bir partiyasını Rusiya Silahlı Qüvvələrinə göndərib.

Herbiand.az konsernin mətbuat xidmətinə istinadən bildirir ki, avtomatlar 2025-ci il üçün dövlət müqavilələri əsasında göndərilib.

AK-12 Rusiya ordusunun əsas fərdi avtomat silahıdır. Buna görə də onun istehsal həcmi hər il yüksək olaraq qalır.

Qeyd edilib ki, AK-12 əsas məhsulu üzrə öhdəliklərin vaxtında yerinə yetirilməsi ilə yanaşı, İjevsk zavodu hava-desant hücum bölmələrinin sifarişi ilə “Multikam” rəng sxemində qısaldılmış 5,45 mm-lik AK-12K hücum silahının istehsalını ən qısa müddətdə mənimsəyib.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
10
herbiand.az

1Mənbələr