AZ

Prezident fərman imzaladı

Prezident İlham Əliyev “Dövlət orqanları (qurumları) arasında sənəd mübadiləsinin elektronlaşdırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 1 avqust tarixli 2279 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Publika.az fərmanın mətnini təqdim edir:

1. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 9, maddə 486 (Cild I); 2024, № 5 (I kitab), maddə 516, № 8, maddə 936) ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”ın 154-cü bəndindən “və “İdarələrarası elektron sənəd dövriyyəsi haqqında Əsasnamə”yə” sözləri çıxarılsın.

2. “İdarələrarası elektron sənəd dövriyyəsi sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 692 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 9, maddə 844 (Cild I) 1-ci hissəsi ləğv edilsin.

Seçilən
2
5
publika.az

6Mənbələr