AZ

Ən məşhur qadın futbolçu belə dincəlir

Dünyanın ən məşhur qadın futbolçusu hesab edilən Alişa Leman uğurlu mövsümdən sonra istirahət edir.

Publika.az xəbər verir ki, 26 yaşlı isveçrəli oyunçu "Yuventus"la keçirdiyi ilk mövsümün ardından yay tətilindən zövq alır. O, "İnstagram" hesabında çayın ortasında qara bikinidə, şar qayığın üzərində çəkilmiş bir neçə diqqətçəkən foto paylaşıb. Açıq saçları, gün eynəkləri və əlində topu ilə Alişa yay ab-havasını tam hiss etdirib.

Xatırladaq ki, 2024-cü ilin yayına qədər Alişa "Aston Villa"da çıxış edirdi. Daha sonra isə o vaxtkı sevgilisi Duqlas Luizlə birlikdə İtaliyaya köçüb. Lakin son məlumatlara görə, cütlük ayrılıb. Bununla belə, onlar hələ də bir-birini sosial şəbəkələrdə izləməyə davam edir.

Seçilən
6
publika.az

1Mənbələr