Yenisabah saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Vyanada keçirilən OPEC Beynəlxalq İnkişaf Fondunun Forumunda iştirak çərçivəsində Azərbaycanın Əbu-Dabi İnkişaf Fondu, İslam İnkişaf Bankı Qrupu və OPEC Beynəlxalq İnkişaf Fondu ilə əməkdaşlığına dair müzakirələr aparılıb.
Yenisabah.az xəbər verir ki, İqtisadiyyat naziri Mikayıl Cabbarov OPEC Beynəlxalq İnkişaf Fondunun Forumunda iştirak etmək üçün Avstriyanın paytaxtı Vyanaya səfər edib. Səfər çərçivəsində bir sıra görüşlər keçirilib.
İqtisadiyyat naziri Mikayıl Cabbarov Ərəb Koordinasiya Qrupuna daxil olan Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əbu-Dabi İnkişaf Fondunun baş direktoru Məhəmməd Saif Əl Suveydi ilə görüşüb. Görüşdə Azərbaycan və BƏƏ arasında iqtisadi-ticarət əlaqələrinin genişləndiyi vurğulanıb.
OPEC Beynəlxalq İnkişaf Fondunun prezidenti Əbdülhəmid Əlxəlifə ilə görüşdə qarşılıqlı əlaqələrin ölkəmizin enerji sektorunun şaxələndirilməsinə töhfə verdiyi qeyd edilib. Bərpa olunan enerji, infrastruktur və texniki yardım sahələrində işbirliyi imkanları dəyərləndirilib.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.