AZ

Azərbaycanda 2 komandaya texniki məğlubiyyət verildi

Qol.az saytına istinadən ain.az xəbər verir.

AFFA Gənclər Liqasında çıxış edən iki komandaya texniki məğlubiyyət verilib.

QOL.az xəbər verir ki, bu barədə qurumun İntizam Komitəsinin bu gün çıxardığı qərarda bildirilib.

AFFA U-17 Liqasında keçirilməli olan "Turan Tovuz" - "Dinamo" oyunu qonaqların nəzərdə tutulmuş vaxtda meydanda olmadığı üçün baş tutmayıb. Bu səbəbdən "Dinamo"ya 0:3 hesablı texniki məğlubiyyət verilib.

AFFA U-12 Liqasında keçirilməli olan "Kürdəmir" - "İsmayıllı" matçı isə meydan sahiblərinin nəzərdə tutulmuş vaxtda meydanda olmaması səbəbindən baş tutmayıb. Nəticədə "Kürdəmir" komandasına 0:3 hesablı texniki məğlubiyyət verilib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
4
10
qol.az

10Mənbələr